“Düş, söhbət edək, maykada maşın sürərlər?” deyən polis işdən çıxarıldı, digəri töhmət aldı - VİDEO

Bakıda “Düş, söhbət edək, maykada maşın sürərlər?” deyən yol polisi əməkdaşı tutduğu vəzifəsindən azad olunub.
Avtosfer.az-ın məlumatına görə, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.
Belə ki, M.Qasımov işdən çıxarılıb, E.İsgəndərov isə şiddətli töhmət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı hər iki polis əməkdaşı barəsində intizam tədbirləri seçilib:
“İstər vətəndaş, istərsə də polis əməkdaşı etdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs qanunun aliliyi prinsipini unutmamalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Videogörüntülərdə sürücüyə özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırmaqla, kameranı söndürməsini, ona maşından düşərək söhbət etməyi təklif edib. Eyni zamanda, polis vətəndaşa: “Düş, söhbət edək, maykada maşın sürərlər?” - kimi sözlər deyib.
Daha sonra maşına yaxınlaşan polis kapitanı Elnur İsgəndərov da sürücüyə arxa işığının yanmadığını irad tutub və eyni zamanda, onun alkotestdən keçməsi üçün cihaza üfürməsini istəyib. Sürücü isə: “Mən içkili deyiləm, sözümə inanmırsan?” - cavabını verib. Polis kapitanı isə sürücüyə sözünün kifayət etmədiyini deyib və mübahisə yaranıb.
oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












