Banner

Yol polisi ilə sürücü arasında insident yaşandı - DYP açıqlama yaydı - VİDEO

Yol polisi 30 Avqust 2022 15:09 Oxunub 14818
Yol polisi ilə sürücü arasında insident yaşandı - DYP açıqlama yaydı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasındakı mübahisənin görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülərdə sürücü polis əməkdaşının onu səbəbsiz yerə saxladığını və yoxlanışın qanunsuz olduğunu iddia edir. İnspektor Malik Qasımov isə sürücünü çəkiliş etməkdə günahlandıraraq kameranı söndürməsini tələb edir, ona maşından aşağı düşərək söhbət etməyi təklif edir.

Mübahisənin sonunda sürücü cihaza üfürüb və onun içkili olmadığı bəlli olub.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun baş inspektoru, mayor Araz Əsgərli Avtosfer.az-a bildirdi ki, sosial şəbəkədə yayılan vidyonu əvvəldən sonuna qədər izləyib: "Əvvəla qeyd edim ki, yol polisinin xüsusən gecə saatlarında, istirahət və əyləncə mərkəzlərinin və ya sürücülərin sərxoş halda avtomobil idarə etməsi ilə bağlı ehtimal olunan yerlərdə seçmə üsulu ilə nəzarət-profilaktiki qaydada sərxoşluq müayinəsi aparması tam qanunidir və beynəlxalq praktikada da bu proses eyni formada icra olunur. Hər bir yol polisi əməkdaşı da bilməlidir ki saxlamanın səbəbini - misal üçün, "Sizin avtomobilinizi sərxoşluğun yoxlanılması üçün saxlamışıq" deməsi kifayətdir. Əgər kimisə günün günorta çağı universitet önündə və ya cümə günü namaz vaxtı məscid önündə saxlayıb belə bir tədbir keçirdirik desə, bax, bu, təəccüb yaradan hal kimi qiymətləndirilə bilər. Qaldı kı, sürücünün video çəkliş etməsinə, burada heç bir qəbahət yoxdur, yol polisi də xidmətdə bu cür avadanlıqlardan istifadə edir və tam qanunidir. DİN fəaliyyətini aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun şəkildə təmin edir, lakin kiminsə xidməti prosesdə çəkilən video və foto materiallarını, yəni şəxsi məlumatlarını çəkib ictimailəşdirmir. Çünki bu, artıq qanun pozuntusu olmaqla yanaşı etik olmayan və sivil cəmiyyətə xələl gətirən addımlar kimi qiyməyləndirilir.

Qaldı ki əməkdaşların sürücü ilə danışıqlarına, bəli, burada lüzumsuz dialoq var və buna görə də aidiyyatı üzrə xidməti araşdırma aparılır. Həmin əməkdaşlar barəsindədə qanuni tədbir görüləcək. Lakin ümumilikdə cəmiyyətimizdə yalnış olan və davam edən mənfi bir tendensiyada formalaşıb. Hamı hamıya nəyisə sübut etməyə çalışır və hesab edir ki, özü hər kəsdən ağıllıdır hər şeyi daha yaxşı bilir və etdikləri də düzdür. Gəlin hamımız hüquqlarımızı və vəzifələrimizi düzgün şəkildə qiymətləndirək, qaydalara hörmətlə yanaşaq, etik çərçivədən uzaqlaşmayaq. Bir birimizin qarşısındakı üstünlüyümüz məsuliyyətli olmağımızla ,qanunların aliliyi prinsiplərinə əməl etməyimizlə ölçülsə cəmiyyət üçün daha faydalı olar".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh