Yol polisi piyadalarla bağlı vəziyyəti açıqladı - Keçidlərdən istifadə etmirlər, qaydaları pozurlar

“Bu gün paytaxtda bir sıra sürücülər daha çox dayanma-durma və parklanma, piyadalar isə onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyərək qaydaları pozur, yolu təyin olunmayan yerlərdən keçirlər”. Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli deyib. O bildirib ki, sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda nəqliyyat vasitələrini park edir: "Bir sözlə, hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunması üçün ardıcıl problemlər yaranır. Bu da gündəlik xidmətin təşkilində əlavə çətinliklər yaradır. Bir çox hallarda piyada üçün nəzərdə tutulan səkilər, panduslar, ikinci cərgə, bəzən də sakinlərin mənzillərinə qalxacağı yerlərin qarşısı zəbt olunur. Bu kimi hallar nəqliyyatın hərəkətinə təsir etməklə yanaşı hər bir hərəkət iştirakçısının qarşılıqlı formada haqlı narazılığına və narahatlığına səbəb olur”.
R.Əhmədli söyləyib ki, mütamadi olaraq keçidlərdən və piyada zolaqlarından istifadə etməyərək həyatlarını təhlükə altına atan piyadalar ilk növbədə özlərinə, eləcə də sürücülərə də ciddi problemlər yaradır: "Bu hərəkətlərin məntiqi sonluğu isə ən yaxşı halda inzibati xəta ilə bitir. Bəzən ağır qəzalar məsuliyyəti daha da dərinləşdirir və sonda insan taleyinə ciddi təsir edən hadisələr qaçılmaz olur".
"Təəssüf hissi ilə bildiririk ki, bunlar hələ də ən aktual problemlər kimi qalmaqdadır. Ümumiyyətlə yol hərəkəti qaydalarına riayət etməklə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və bədbəxt hadisələrin baş verməməsi üçün mütəmadi nəzarət və maarifləndirici tədbirlər DİN tərəfindən keçirilsə də, bu işdə DYP öz səlahiyyətləri çərçivəsində xidməti fəaliyyəti təmin etsə də, problemlərin davamlı həllinə nail olmaq üçün cəmiyyətdə ictimai məsuliyyət hissinin formalaşdırılması məqsədilə aparılan təbliğat işi sahəvi yox, kütləvi xarakterli olmalıdır. Yəni cəmiyyətin bütün təbəqələrindən olan şəxslər yol hərəkətinin iştirakçısı kimi birmənalı şəkildə bu prosesdə məsuliyyət hissinin artırılması üçün dəstəyini əsirgəməməlidir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyi, ən əsası isə təhlükəsiz və vaxtında mənzil başına çatmaları üçün daim diqqətli olmağı xahiş edirik. Köhnə vərdişlərimizi unudaq gələcək həyatımızı sadə qaydaların pozulmasına qurban verməyək!", DYP rəsmisi vurğulayıb.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ











