DYP bu sürücülərə xəbərdarlıq etdi: axşam saat 21:00-dan səhər saat 7:30-dək... - VİDEO

Gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Pomidorla dolu yük avtomobili aşıb.
Avtosfer.az xəbər verir ki, qəza zamanı xəsarət alan olmasa da, avtomobilə zərər dəyib, daşıdığı kənd təsərrüfatı məhsulu isə tamamilə yararsız hala düşüb. Baş vermiş hadisə fonunda yol polisi belə nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib. Son bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib. Belə ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb. Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb. Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli deyir ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar Araz Əsgərlinin sözlərinə görə nazirlər kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir. Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur










