DYP-dən ÇAĞIRIŞ - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda təhlükəsizliklə bağlı müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qar və buzlanma yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardımı göstərir. Hədəfimiz – hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir".
Sürücülərə Müraciət:
✅ Qış təkərlərindən istifadə edin və avtomobilinizin texniki vəziyyətini yoxlayın.
✅ Hava və yol şəraitinə uyğun hərəkət sürətini seçin.
✅ Ara məsafəsini qoruyun, qəfil manevrlərdən çəkinin.
✅ Yol polisi əməkdaşlarının göstərişlərinə əməl edin.
Piyadalara Müraciət:
✅ Yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə edin.
✅ Yolu keçərkən avtomobillərin sürətini düzgün qiymətləndirin.
✅ Qaranlıq saatlarda görünən geyimlər seçin.
Yol hərəkətinin təhlükəsizliyi hər kəsin məsuliyyətidir!
Gəlin, qaydalara əməl edək, bir-birimizə qarşı diqqətli olaq və yollarda təhlükəsizliyimiz üçün
əl-ələ verək!
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO















