DYP dərs ili ilə bağlı bütün hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında deyib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əsasən də çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir:
"Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik".
"Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!", - DYP rəsmisi vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












