DYP sürücülərə müraciət etdi: "Toy karvanında məsuliyyətli olun"

Toy karvanında iştirak edən avtomobillərin sürücüləri tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması ağır yol nəqliyyat hadisələri ilə nəticələnir. Azərbaycanda toy karvanında avtomobillərin sayı maksimum 4-5 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olduqda, svetoforun qadağanedici qırmızı işığında tıxac yarandığına görə sürücülər avtomobili saxlamayıb hərəkətlərini davam etdirmək məcburiyyətində qalırlar ki, bununla da yaşıl işıqda hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradırlar. Yolun hərəkət hissəsinə səpələnərək, qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn avtomobillərə qəza şəraiti yaradırlar, bəzən də belə kobud qayda pozuntuları hətta qəzanın baş verməsi ilə nəticələnir. Ötən illərdə respublikamızın müxtəlif ərazilərində, eləcə də Şəki rayon ərazisində toy karvanında iştirak edən avtomobillərin sürücülərinin yol hərəkət qaydalarını kobud şəkildə pozmaları nəticəsində ağır yol nəqliyyat hadisələri baş vermişdir. Belə xoşa gəlməz halların qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polis İdarəsi eləcə də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi müəyyən işlər görmüş, xüsusi ilə də profilaktiki tədbirlər gücləndirilib. Görülmüş bu və ya digər işlərin nəticəsində, son illərdə Şəki rayonu ərazisində toy karvanında iştirak edən avtomobillərin sürücülərinin yol hərəkəti qaydalarını pozmaları səbəbindən yol nəqliyyat hadisəsi baş verməyib. Belə işə polisin müdaxiləsindən öncə ağsaqqalların düşünülmüş formada yanaşmaları, cavanlara məsləhət vermələri, lazım gəlsə tələb etmələri məncə daha məqsədəmüvafiq olardı.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi toy sahiblərinə, ağsaqqallara müraciət edərək bildirir ki, xoşagəlməz halların yol nəqliyyat hadisələrinin baş verməməsi üçün toy karvanlarında 4-5 ədəddən artıq avtomobilin iştirak etməsi məqsədəmüvafiq deyil. O cümlədən, toy karvanında təcrübəli, xüsusən də orta yaşlı nəslin nümayəndələrindən olan sürücülərin iştirak etməsi tövsiyyə olunur: "Toy sahiblərini, ağsaqqalları, ziyalıları bu məsələlərin həllində Dövlət Yol Polisinə yaxından köməklik göstərməyə çağırırıq".
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












