DYP "Təmiz hava aylığı" tədbirləri çərçivəsində Nəsimi rayonunda reyd keçirib - VİDEO

Avtomobillərin xaric etdiyi zəhərli qazlar ətraf mühitin çirkləndirilməsində böyük rola malikdir. Nəzərə alsaq ki, ölkəmizdə ikinci əl avtomobillərin sayı çoxluq təşkil edir, hətta “yaxşı ustaların” sayəsində həmin avtomobillərdən katolizator çıxarılır, havaya zərərli qazların buraxılması qaçılmazdır. Dövlət Yol Polisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən “Təmiz hava aylığı” çərçivəsində nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə edən sürücülərə rast gəlinib. Atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə “Təmiz hava aylığı” aksiyası davam edir. Dövlət Yol Polisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən aksiyanın bu dəfəki ünvanı Nəsimi rayonu olub. Keçirilən tədbir zamanı Nəsimi rayonu Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən avtomobillərdən atmosferə buraxılan qazların miqdarı yoxlanılıb. Havaya normadan artıq tullantı xaric edən nəqliyyat vasitələrinin sürücülərinə həm sağlamlıqlarının, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlamaları ilə bağlı maarifləndirici tövsiyələr verilib. Sürücülər də öz növbəsində istifadə etdikləri yanacağın keyfiyyətsiz olduğundan, bu səbəbdən də nəqliyyat vasitələrinin tez sıradan çıxmasından şikayətləniblər. İnsanların sağlamlığının qorunması məqsədilə keçirilən aksiyada müxtəlif illərin istehsalı olan nəqliyyat vasitələrindən xaric olunan qazların miqdarı yoxlanılıb. Avtomobilləri saz vəziyyətdə olan sürücülərə isə təşəkkür edilib.
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli mühərrik sistemindən ixrac olunan işlənmiş qazın neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən katolizatorların dəyişdirilməsi və çıxarılmasına münasibət bildirib. O təəssüflə qeyd edib kİ, bu Azərbaycanda artıq adi hala çevrilib. Avtotəmirə verilən avtomobillərdən katolizatorlar dələduz ustalar tərəfindən çıxarılıb, başqalarına baha qiymətə satılır. Katolizatorun olmaması ətraf mühitə böyük zərər verir. Belə olduğu halda mühərrikin buraxdığı zəhərli qazlar təmizlənmədən birbaşa atmosferə buraxılır.
Qeyd edək ki, “Təmiz hava aylığı” ilə bağlı tədbirlər avqust ayının sonunadək davam etdiriləcək.
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO











