DYP Xırdalan şəhərində reyd keçirib; sürücü və piyadalar cərimələnib - VİDEO

Kimisi avtomobili düzgün park etməyib, kimisi isə öz həyatını təhlükəyə ataraq piyada zolağı ola-ola təhlükəli yoldan keçir. Görüntülər Abşeron rayonundandır. Xırdalan şəhərinin Heydər Əliyev prospektində DYP əməkdaşları tərəfindən dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil edilib. Keçirilən tədbirlərdə bəzi sürücülərin avtobus dayanacaqlarını zəbt etdiyi aşkarlanıb. YPX əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşalmasını təmin ediblər. Xırdalan şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub. Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol-hərəkəti haqqında qanun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Ahıl yaşda olan piyadaların yolun təhlükəsiz şəraitində keçmələri polis əməkdaşları tərəfindən təmin olunub. Əsasən maarifləndirmə xarakter daşıyan tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












