DYP dərs ili ilə bağlı valideynlərə müraciət etdi - Qayda pozub tıxac yaratmayın!

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili ilə bağlı valideynlərə müraciət edib. İdarə rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Avtosfer.az-a bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının yaranacağını nəzərə alaraq, DYP tərəfindən aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir: "Nəqliyyat sıxlığının ehtimal edildiyi ərazilərdə hərəkətin nizamlanması, vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında və rahat çatması üçün zəruri tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır.
Lakin əminliklə deyə bilərik ki, tıxacların qarşısının alınması və aradan qaldırılması üçün həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadaların bu sahədə aktiv iştirakçılığı cəlb edilməsi məsələnin həllinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir.
Hərəkət iştirakçıları arasında məsuliyyət hissinin gücləndirilməsi, onların şəxsi deyil, ictimai maraqları üstünlük verməsi, xüsusilə fərdi avtomobil sürücülərinin vəziyyəti anlayışla qarşılaması, başqaları üçün süni gərginlik yaratmaqdan çəkinməsi, yol hərəkəti, o cümlədən dayanma, durma və parklanma qaydalarına qeyri-şərtsiz əməl etməsi paytaxt ərazisində müşahidə olunan sıxlığın aradan qaldırılmasında mühüm rola malikdir.
Aparılan təhlillər göstərir ki, təhsil müəssisələrinin yerləşdiyi ərazidən keçən küçə və prospektlərdə sıxlığın, bəzi hallarda isə saatlarla davam edən tıxacların yaranmasının başlıca səbəbi məhz təhsil ocaqlarının ətrafında sürücülərin dayanma, durma və parklanma qaydalarını kobud şəkildə pozmasıdır.
Odur ki, övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən, ali və orta ixtisas təhsili müəssisələrində çalışan və təhsil alan şəxslərdən xahiş edirik ki, təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Mövcud vəziyyəti, birgə maraqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrindən imtina etmək mümkün deyilsə, o halda dayanma, durma qaydalarına qeyri-şərtsiz riayət etsinlər.
Hər bir hərəkət iştirakçısı ətraf mühitə, əhval-ruhiyyəmizə, dəyərli vaxtımıza mənfi təsir göstərən tixacların qarşısının alınmasına töhfə verə bilər, sadəcə verilən tövsiyələrə əməl etmək, ictimai maraqlar naminə humanist və məsuliyyətli olmaq yetər".
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












