DYP: Yol hərəkəti qaydaları yalnız sürücülər üçün deyil

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının yol hərəkəti haqqında qanunvericiliyi sürücülərlə yanaşı digər hərəkət iştirakçıları barəsində də hüquqlar və vəzifələr müəyyən edir:
"Hərəkətin digər iştirakçıları dedikdə buraya piyadalar, sərnişinlər, mopedçilər, velosipedçilər, həmçinin son dövrlər xüsusilə istifadəsi geniş yayılmış qeyri-mexaniki nəqliyyat vasitəsi hesab olunan skuter və segveyrlər də bu təsnifata aiddir. Hər bir hərəkət iştirakçısı yollarda qaydalara ciddi şəkildə riayət etməklə özünün və ətrafdakıların həyat və sağlamlığını qorumuş olur".
Araz Əsgərli qeyd edib ki, yol hərəkəti qaydalarına əməl etməyənlər üçün İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq, hərəkətin digər iştirakçıları üçün 20 manatdan 100 manata qədər cərimələr nəzərdə tutulub:
"Hər hansı bir qayda pozuntusunun müvafiq inzibati tənbeh tədbirlərinə tuş gəlmək üçün deyil, şəxsin özünün həyat və sağlamlığının qorunması, ictimai münasibətdə düzgün rəftarının ətrafdakı insanların da qaydalara daha məsuliyyətli şəkildə yanaşmasını təmin etmək üçün olduğunu unutmamalıyıq. Xüsusilə deməliyik ki, valideynlər himayələrində olan azyaşlı övladlarına ciddi nəzarət etməli, onları velosiped və segveylərlə ümumi istifadə olunan yollara buraxılmasının qarşısının alınmasında maraqlı olmalıdırlar. Yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməyi gündəlik həyatımızda tətbiq etməyin vacibliyini bir daha hərəkət iştirakçılarımızın diqqətinə çatdırırıq".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












