DYP yol polisinə qarşı ittihama cavab verdi

"Hüquq müdafiəçisi Fikrət Cəfərlinin Dövlət Yol Polisinin fəaliyyəti ilə bağlı bildirdiyi mövqe konkret faktlara əsaslanmadığı üçün şəxsin subyektiv mülahizələrini ifadə edir. Bu isə təəssüf ki, polisin fəaliyyəti ilə bağlı oxucularda yalnış təsəvvür yaradır. Fikrət Cəfərli bildirir ki, Masallı rayonunda ot daşıyan yük avtomobillərinin sürücüləri tərəfindən şikayətlər alır və iddia edir ki, DYP əməkdaşları onlara qarşı problemlər yaradır. Konkret faktlara istinad etməyən, qaldırılan məsələnin əsl mahiyyətini araşdırmayan müəllif, nədənsə tələskənliyə yol verərək daha çox ittiham xarakterli mövqe nümayiş etdirir. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, respublikanın yerli və rayonlararası avtomobil yollarında qanunla nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınması ilə bağlı hələ yay mövsümünün əvvəlindən Baş DYP İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər görülür. Bu sahədə təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinə nəzarətinin gücləndirilməsi birbaşa insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Lakin, hələ də təhlükəsizlik qaydalarını pozanlar tapılır. Bir neçə gün öncə Qubanın Qrızdəhnə kəndində ot daşıyan yük avtomobilinin alışması ciddi fəsadlar törədə bilərdi. İctimaiyyət yaranmış təhlükənin aradan qaldırılmasında polis əməkdaşlarının fədakarlığını gördü və təqdir etdi. Məhz bu kimi hadisələrin yaşanmaması üçün DYP əməkdaşları bütün respublika ərazisində əhalinin maarifləndirilməsi ilə yanaşı, tövsiyələrə riayət etməyən, qaydaları pozan sürücülərə qarşı qanunamüvafiq tədbirlər görür".
Bunu Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.
"Fikrət Cəfərli qeyd edir ki, tənqidlər olmasa, polisin fəaliyyəti anormal görünər. Amma bu o demək deyil ki, tənqid adı altında əsassız fikirlər ictimailəşdirməlidir. Tənqid sağlam olmalı, faktlara söykənməli, əsaslı olmaldır. Bu gün insanlar öz fikirlərini çatdırmaq üçün sosial şəbəkə kimi platformaya sahibdir və DİN insanların sosial media və ya şəbəkələr üzərindən polisə əlçatanlığının təmin edilməsinə hər cür şərit yaradıb. Lakin, ayrı-ayrı şəxslərin bundan sui-istifadə hallarına yol verilməsi, cəmiyyətdə polisə olan etimadın azaldılmasına yönəlik fikirlər səsləndirilməsi qəbul edilməzdir. F.Cəfərli daxili işlər orqanlarında cəzasızlıq mühitinin hökm sürdüyünü iddia edir. İlk növbədə səsləndirilən bu fikirlərin əsasız və qərəzli olduğunu qeyd etməliyəm. Bu gün cəmiyyətimiz çox yaxşı bilir ki, xidməti fəaliyyətində nöqsanlara yol verən polis əməkdaşları haqqında daxili işlər orqanlarından xaric olunmağadək ən ciddi intizam tənbehi tədbirləri görülür və bu barədə DİN-in Mətbuat Xidməti tərəfindən ictimaiyyətə geniş məlimat verilir.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












