“Zerkalnı Əliyar” polis idarəsinə çağırıldı - VİDEO

Bakıda dəfələrlə yol hərəkəti qaydalarını kobudcasına pozan və sosial şəbəkələrdə görüntüləri yayılan “Zerkalnı Əliyar” adı ilə tanınan sürücü polis idarəsinə çağırılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğlu barəsində çoxsaylı məlumatlar yayıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə çağırılıb. Onun barəsində tərtib edilmiş protokol, 4 bal və 100 manatlıq cərimə özünə elan edilib. Həmçinin dilindən bir daha bu tip hərəkətlərə yol verməyəcəyinə dair iltizam alınıb.
O da bildirilib ki, Azərbaycanda bu yaşda insanların inzibati məsuliyyətə cəlb edilərkən onlara inzibati həbs cəzasının verilməsi təcrübəsindən istifadə edilmir.
Qeyd edək ki, avqustun 20-si Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan “Toyota Prado” markalı avtomobilin görüntüləri yayılıb. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib, o, intizamsız sürücü kimi tanınır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












