Masallıda qaydalara əməl etməyən 20-dən artıq sürücü cərimə olunub - FOTO

Masallıda qaydalara əməl etməyən 20-dən artıq sürücü cərimə olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Məbuat Xidmətindən Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət tədbirləri gücləndirilib. Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.
Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












