Narkotik qəbul edib maşın sürən Bakı sakinləri Masallıda saxlanıldı - Həbs verildi

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıblar. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”, iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib və barələrində inzibati protokollar tərtib olunaraq Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş gün müddətinə, N.Məmmədov isə beş gün müddətinə inzibati qaydada həbs olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












