"Polisə düşmən kimi yanaşmaq lazım deyil" - Araz Əsgərli

“Polis xidməti maşınında ratsiya ilə danışa bilərsə, demək ki, telefonla da danışa bilər. Müasir ratsiya elə həmdə telefondur. Polisə bu imkanlar elə operativ olmaq üçün verilir. Hadisə baş verdikdə əlaqə saxlayıb, dərhal müdaxilə edə bilsin bu gün bu müzakirələr əslində məlumatsızlıqdan cəmiyyətimizdə müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli deyib. O, bildirib ki, xidmətdir elə olur ki zərurətlər, dərhal müdaxilələr bəzən qaçılmaz olur. "Həmişə demişik polis mürəkkəb şəraitdə çevik qərar qəbul etməyə borclu olan orqandır. Mobil telefonla əlaqə yaratmaq isə tam qanuni və müzakirəyə ehtiyac olmayan bir reallıq və aksiyomadır. Məntiqlə düşünək bəlkə ratsiyada problem yaranıb və ya zəng olunası adamın ratsiyası cavab vermir və ya heç ona xidməti zərurət olmadığı üçün ratsiya təhkim olunmayıb. Baxın bütün mobil operatorlardan belə operativ xidmətlərə zənglər ödənişsiz və fasiləsizdir. Yəni sadə vətəndaş üçündə ekstremal şəraitdə qanun pozuntusu ola biləcək vəziyyətlərdə belə hüquqi qiymət verilərkən son zərurət halı kimi buna icazə verir. Bunlar mənim şəxsi fikrim deyil sadəcə qanunları düzgün bilmək məsələlərə savadlı formada qiymət verməyi bacarmalıdır cəmiyyətimiz. Bəli kimsə polis formasında oturub şəxsi maşınında telefon qulağında danışırsa, bu halda o qayda pozuntusudur”.
Araz Əsgərli əlavə edib ki, polisə, hərbi qulluqçuya bəzi hallarda “düşmən”kimi yanaşmaq lazım deyil dövlət və dövlətçilik prinsiplərini klavyatura qəhrəmanlarının müzakirəsində dərk etmək və fikir formalaşdırmaq baxın bu əsl faciədir.
“Polisi və qanun keşikçilərini müzakirə etmək onları nüfuzdan salmaq üçün aparılan propaqandaların heç kimə xeyri yoxdur . İnsanlarımız ümumilikdə cəmiyyətimiz özləri qanuna riayət etməyin təbliğatını aparmağa maraqlı olmalıdır ki sivil cəmiyyət formalaşdıra bilək. Polis və digər operativ nəqliyyat vasitələri həmçinin, YPX əməkdaşları kəmər taxmaya da bilər. Təcili bir hadisədə kəmər bağlana, kilidlənə bilər. Bu əslində üstünlük deyil əksinə aperativ sahələrdə olan insanların əlindən alınıb xidmətə qurban verilən hüquqlarından biridir “. Bir sözlə Polis kəmər taxmadı, xidməti maşınında telefonla danışdı” kimi fikirləri müzakirə etməkdənsə, öz təhlükəsizliyimizi və sağlamlığımızı qorumaq üçün qaydalara riayət edək və ən əsasıda hər kəs öz işi ilə peşəkar formada məşğul olsa bu hamımız üçün daha faydalı olar."
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR











