Qarabağ qazisi dövlətin verdiyi “Naz Lifan” markalı maşınla narkotik daşıdı

Yevlax rayon sakini 77 kiloqramdan çox narkotiklə saxlanılıb. DİN-dən Avtsfer.az-a verilən məlumata görə, 1964-cü il təvəllüdlü II qrup Birinci Qarabağ müharibəsi əlili Hüseynov Seymur İsmayıl oğlunun narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəllər dəfələrlə məlumat daxil olub.
Əməliyyat məlumatının yoxlanılması məqsədilə dünən DİN-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov idarə etdiyi ona dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı, 66 BL 698 dövlət nömrə nişanlı avtomobili ilə Yevlax şəhəri ərazisində saxlanılıb.
Maşına baxış zamanı ümumi çəkisi 77 kq 500 qram olan güclü təsiredici xüsusiyyətə malik narkotik maddələr və 200 ədəd narkotik tərkibli həb aşkar edilib.
Sorğu zamanı S.Hüseynov ondan aşkar olunmuş narkotik maddələrin İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə Füzuli rayonu, Araz Dilağarda kəndi ərazisindən əvvəlcədən təyin olunmuş yerdə satış məqsədilə əldə etdiyini bildirib.
Qeyd edək ki, S.Hüseynov Birinci Qarabağ müharibəsi əlili olmasından sui-istifadə edərək uzun illər yaşadığı Yevlax rayonu dövlət qurumlarına əsassız tələblər irəli sürərək onların fəaliyyətinə müdaxilələr edirdi.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












