Yol polisi bu yollarda post qurdu - Nəzarət gücləndirildi - FOTO - VİDEO

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən belə tədbir zamanı rayonun bir neçə yerində, xüsusilə də turistlərin daha çox üz tutduğu məkanlara gedən yollarda müvəqqəti postlar yaradılıb.
Günün qızmar vaxtlarında avtomobil, xüsusilə avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb. Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin su paylayıb, onların səhhətləri ilə maraqlanıblar.
İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. Yol polisi isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















