Qayda pozan sürücü saxlanıldı; Polislərə bıçaq çıxarıb özünü vurdu

Goranboyda qəza törədən şəxslə polis əməkdaşları arasında insident baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 15-də rayonun Nizamikənd kəndində qeydə alınıb. Mingəçevir sakini, 41 yaşlı Amil Yelmarovun idarə etdiyi “Mercedes” və Goranboy sakini, 53 yaşlı Müşfiq Əliyevin idarə etdiyi “Khazar” avtomobilləri toqquşub.
Yol Patrul Xidmətinin (YPX) əməkdaşları hadisə yerinə gələn zaman sərxoş halda olan M.Əliyev polis əməkdaşlarından hadisəni özünün deyil, oğlunun adına sənədləşməsini tələb edib. Bunun mümkün olmadığını bildirdikdə o, polis əməkdaşlarını təhqir edib, bıçaqla digər sürücüyə hücum çəkib. Onun bu hərəkətinin qarşısı alınıb, hücuma məruz qalan sürücünün təhlükəsizliyi təmin edilib.
Bu zaman M.Əliyev bıçaqla özünə xəsarət yetirib. O, polis əməkdaşları tərəfindən Gəncə şəhər xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, M.Əliyev əvvəllər də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya görə məhkum olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












