Qubada yol polisi atmosferi çirkləndirən avtomobilləri saxladı - FOTO

"Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, növbəti belə tədbir Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində təşkil olunub. Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə izahedici söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















