Salyanda yol polisi reyd keçirdi - Qayda pozan sürücülər saxlanıldı - FOTO

Salyanda qaydaları pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktik söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.
Bundan əlavə bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində nəqliyyat vasitələrinə konstruksiya dəyişikliyi edərək idarə edən, eləcə də müvafiq sənədləri olmadan avtomobil idarə edən sürücülər də saxlanılıblar.
Həmin şəxslərlə də yol verdikləri qayda pozuntuları barədə profilaktiki söhbətlər aparılıb, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Tədbirlər zamanı ümumilikdə 34 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub və həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















