Dövlət Yol Polisi Turan qəsəbəsində maarifləndirici tədbir keçirib - FOTO

Şəki Dövlət Yol Polisi yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirləri gücləndirib. Bu gün (06 avqust 2022-ci il) Şəki Dövlət Yol Polisi , Şəki rayonu,Turan qəsəbəsində maarifləndirici tədbir keçirib. Tədbirdə, Şəki Şəhər İcra Hakimiyyətinin Şəki rayonu Turan qəsəbəsinin və ona yaxın ərazidə yerləşən Bolludərə, Qaratorpaq, Sarıca,Qayabaşı,Cəyirli, Qozlubulaq,Çayqaraqoyunlu kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndələri,bələdiyyələri,kənd təsərrüfatı sahəsində çalışan qabaqcıl kənd sakinləri iştirak ediblər. Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, kənd təsərrüfatı işlərinin aparılması zamanı,xüsusilə zəhmətkeşlərin əkin sahələrinə,yüklərin isə əkin sahələrindən daşınması zamanı yük və sərnişin daşıma qaydalarına necə əməl edilməli olduğu barədə ətraflı məlumat verib. Bundan əlavə,polis baş leytenantı Tural Niftalıyev müxtəlif kənd təsərrüfatı təyinatlı texnikaların (kombaynların,qoşqulu traktorların,ot biçən və s.) günün istənilən vaxt avtomobil yollarında hərəkət etməsi,bu sahədə çalışan işçilərin bir sıra hallarda texniki cəhətdən nasaz vəziyyətdə olan avtobuslarla,eləcə də xüsusi avadanlıqlaşdırılmamış traktorların qoşqularında , avtomobillərin kuzovunda əkin sahələrinə aparılması habelə nəqliyyat vasitələrində məhsulların qablaşdırılmadan,o cümlədən minik avtomobillərinin salonunda daşınması yollarda digər nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətinə maneələr yaratmaqla bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olması , bu cür hallar sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yerinə yetirildikdə daha ağır nəticələrə gətirib çıxarması barədə danışıb. Daha sonra, polis baş leytenantı Tural Niftalıyev tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tədbirdə, Sarıca Polis Bölməsinin polis sahə rəisi,polis kapitanı,Zahid Müseyibov, Şəki Şəhər İcra Hakimiyyətinin Cəyirli-Qozlubulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niyaz Şirinov çıxış edərək, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Dövlət Yol Polisinə yaxından köməklik göstərəcəklərini, xidmət etdikləri ərazilərdə əhalinin maarifləndirilməsi, qaydalara əməl etmələri üçün öz töhfələrini verəcəklərini bildiriblər. Turan qəsəbə sakini,kənd ağsaqqalı, Prezident təqaüdçüsü Baba Səmədov çıxış edərək,yol polisi tərəfindən aparılan profilaktik tədbirləri yüksək qiymətləndirdiyini qeyd edib və polis baş leytenantı Tural Niftalıyevə maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur












