Şəki DYP maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir, 2022-ci il avqustun 11-də Şəki şəhəri 8 və 9 saylı uşaq bağçalarında keçirilib.Belə ki, qeyd olunan bağçaların korpusları bir-birinə çox yaxın məsafədə yerləşdiyi üçün tədbirdə birgə təşkil edilib.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.
Uşaq bağçalarının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən 8 saylı uşaq bağçasının şagirdi Məmmədov Elvin Bayram oğluna və 9 saylı uşaq bağçasının şagirdi Mabudova Məryəm Coşqun qızına Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 8 saylı uşaq bağçasının müdiri, İntizar Əsədova və 9 saylı uşaq bağçasının müdiri Səmayə Əhmədova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
















