Şəki DYP-si uşaq bağçasında - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev 2022-ci il iyulun 20-də Şəki Şəhər 2 Saylı Uşaq bağçasında maarifləndirici tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbirin keçirilməsinin məqsədi, uşaqlar gələcəkdə,böyüyəndə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə,onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılmasıdır. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev uşaqlara küçə,yol,səki,piyada,piyada keçidi,işıqfor və digər anlayışlar barədə ətraflı məlumat verib . Uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdiriblər. Yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Məmmədova Mələk Mustafa qızına təbliğat və təşviqat üzrə inspektor,polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat,hədiyyə təqdim olunub. Şəki Şəhər 2 Saylı Uşaq Bağçasının müdiri, Samirə Məmmədova belə maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















