Şəki DYP sürücü və piyadalara xəbərdarlıq etdi - FOTO

2022-ci il iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi şəhər ərazisində növbəti təhlükəsizlik tədbiri keçirib. Hərəkət iştirakçıları saxlanılaraq xəbərdarlıq edilib və maarifləndirilib. Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən verilən məlumata əsasən, mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir və bu tədbirlər müsbət nəticə verir. Belə ki, 2022-ci ilin 6 ayı ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Cari ildə baş vermiş 6 yol-nəqliyyat hadisəsindən 3-ü (50%) piyadanın vurulması ilə nəticələnsə də, hər 3 hadisənin piyadanın yol hərəkəti qaydasını pozması nəticəsində baş vermədiyi müəyyən edilib. Eləcə də, 3 yol-nəqliyyat hadisəsindən 2-nin sürücülər tərəfindən nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi, 1-nin isə ictimai nəqliyyatın dayanacaqlarını keçmə qaydasının pozulması səbəbindən baş verdiyi bildirilib.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bildirib ki, Şəki turizm şəhəridir. Yay mövsümündə küçə və yollarda hərəkətin intensivliyinin yüksəlməsi səbəbindən bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər ki, arzuolunmaz hallar, yol nəqliyyat hadisələri baş verməsin. Piyadalar yolun hərəkəti hissəsini müəyyən olunmayan yerlərdən keçməsinlər, səkilərlə hərəkət etsinlər, piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət etsinlər. Sürücülər piyada keçidinə daxil olmuş piyadaya nəqliyyat vasitəsini saxlayaraq yol versinlər. Əks təqdirdə yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçıları barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcəkdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















