Şəki DYP “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” adı altında maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbir, 2022-ci il avqustun 16-da Şəki şəhəri 14 saylı uşaq bağçasında keçirilib.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.
Uşaq bağçalarının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunub ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Məmmədəliyev Nurxan Vüsal oğluna Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 14 saylı uşaq bağçasının müdiri Güllər Mənəfova, çıxış edərək qeyd edib ki, polis baş leytenantı Tural Niftalıyev hər il bağçaya gələrək şagirdləri maarifləndirir. Uşaq bağçasının kollektivi, 30 mart 2018-ci il tarixdə keçirilən tədbirdə çəkilmiş fotoşəkillərdən ibarət “UŞAQ BAĞÇAMIZIN DOSTU” adlı guşə yaradaraq bağçanın dəhlizində asıb. Bağçaya gələn qonaqlar bu guşəni gördükdə Dövlət Yol Polisinin uşaqlarla dostluq etməsini yüksək qiymətləndirdiklərini bildirirlər. Bağçanın müdiri Güllər Mənəfova, belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, yekunda bir daha bağçanın kollektivi adından Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO














