Şəki yol polisi baxça uşaqları ilə bir arada - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən yol hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir, 2022-ci il iyulun 26-da Şəki şəhəri 4 saylı uşaq bağçasında keçirilib.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilib. Eləcə də, uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə edilib ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidir. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdır. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdır.
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilərinə tövsiyyə olunmuşdur ki, valideyn iclasları təşkil olunarkən, onların nəzərinə çatdırılsın ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar, dükanlara göndərməsinlər. Kənd yerlərində ev heyvanlarının ötürülməsini uşaqlara həvalə etməsinlər. Uşaqların velosiped və ya arabacıqlar sürmələri, topla oynamaları üçün nəqliyyat olmayan yerlər, qapalı məkanlar seçilsin.
Daha sonra, uşaqlar, yol hərəkəti qaydalarına aid bilik və bacarıqlarını nümayiş etdirib, yol hərəkəti qaydalarına aid şeir və mahnılar səsləndiriblər. Ən yaxşı şeir söyləyərək fərqlənən Cabbarzadə Fatimə Murad qızına Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən həvəsləndirici mükafat, hədiyyə təqdim olunub.
Tədbirin sonunda, 4 saylı uşaq bağçasının müdiri Qızılgül Rəsulova belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib.
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
















