Şəmkirdə yol polisi reyd keçirib

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə, konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlanması ilə bağlı keçirilən monitorinq zamanı 3 nəfərin sürücülük hüququ olmadan avtomobil idarə etməsi aşkar edilib. Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib. Bundan başqa aparılan araşdırmalarla dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zəzərli qaz ixrac edən 40-a yaxın avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara bilməyib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












