Keçmiş YPX işçisi qəzada öldü, sərxoş halda maşın sürən oğlu və nəvəsi yaralandı

Lənkəranda baş verən avtoqəzada ölən və yaralanan şəxslərin adları məlum olub. Avtosfer.az xəbər verir ki, Lənkəran şəhər sakini 1985-ci il təvəllüdlü Vüsal Orucəli oğlu Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.
Yaralı sürücü xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Sürücünü oğlu 2007-ci il təvəllüdlü Nihad Babayev isə müxtəlif dərəcəli xəsarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, qəzada ölən Vüsal Orucəli oğlu Babayev yol patrul xidmətində çalışıb.
09:40
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 1985-ci il təvəllüdlü Vüsal Orucəli oğlu Babayevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb. Yaralı sürücü xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Sürücünü oğlu 2007-ci il təvəllüdlü Nihad Babayev isə müxtəlif dərəcəli xəsarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, qəzaya avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəb olub.
Meyit müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












