Şirvanda piyada keçidləri yenidən rənglənir - FOTO

Şirvanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar şəhər ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri görülüb.
Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçədə yeni piyada zolaqları da salınıb.
Bundan əlavə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















