Sumqayıtda piyadalarla maarifləndirici söhbətlər aparılıb - VİDEO

Sumqayıtda piyadaların vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını alınması məqsədiylə tədbirlər keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulmasıyla nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədiylə tədbirlər həyata keçirilib. Maarifləndirici tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatlarıyla bərabər digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Yol Polisi əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati prtokollar tərtib edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədiylə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












