Suraxanı polisi “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir - FOTO

Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində tədbirləri davam etdirir.
Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.
Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.
Həmçinin Hövsan-Zığ yolunun Qızılqum qəsəbəsi ərazisindən keçən hissəsində yerüstü piyada keçidinin olmasına baxmayaraq bəzi piyadaların nəqliyyatın intensiv hərəkət etdiyi yoldan keçməsi hallarına da rast gəlinib. Həyatını təhlükəyə atan şəxslərlə polis əməkdaşları izahedici söhbətlər aparıb və onlara mümkün neqativ halın qarşısını almaq məqsədi ilə piyada keçidlərindən istifadə etməkləri tövsiyə olunub.




Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












