Sürücü nə vaxt yol polisinə maşın saxlamaya bilər? - DYP-dən CAVAB

Mediada tez-tez rast gəldiyimiz məlumatlardan biri də yol polisinin “saxla” əmrinə məhəl qoymayan sürücülərlə bağlıdır.
Avtosfer.az xəbər verir ki, bu sürücülərin əksəriyyəti saxlanıldıqdan sonra məlum olur ki, onlar ya narkotikin təsirində olublar, ya da spirtli içki qəbul ediblər. Amma bu tələbə məhəl qoymayan, narkotik və ya içkinin təsirində olmayan sürücülər də olur. Bunlar avtomobildə xəstəsi, hamilə və ya ölüm ayağında olan sərnişin daşıyanlardır. Ancaq onların da saxlanıldıqdan sonra cəzalanıb-cəzalanmadıqları bilinmir. Bu prizmadan yanaşaraq, belə bir sual ortaya çıxır. Görəsən, Azərbaycan qanunvericiliyində hansısa qanun yol polisinin “saxla” əmrinə tabe olmamağa icazə verir? Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis ayoru Araz Əsgərli bildirib ki, sürücülər heç bir halda Yol Patrul Xidməti əməkdaşının “saxla” əmrindən yayınmamalıdır:
“Qanunvericilikdə elə bir müddəa yoxdur ki, polis "saxla" əmri verdikdə ona tabe olmamağa icazə versin. Lakin İnzibati Xətalar Məcəlləsində çətin, böhranlı və təxirə salınmaz vəziyyətlər əsaslandırıldıqda son zərurət halının qiymətləndirilməsi mümkündür. Yəni, avtomobildə kimsə təcili xəstəxanaya çatdırılmalıdırsa, hər hansı ağır faciənin qarşısı alınmalıdırsa və kifayət qədər əsaslar mövcuddursa, vəziyyət son zərurət halı kimi qiymətləndirilməlidir. Sonrakı məsuliyyət məsələlərində isə artıq son zərurət halının olub-olmaması müəyyən edilir. Qanunvericilikdə elə hal yoxdur ki, qaydaları pozasan və polisin saxla əmrinə tabe olmayasan. Bu hüququn prinsiplərinə ziddir. Əgər maşında təcili xəstəxanaya çatdırılmalı, ölüm ayağında olan sərnişin varsa, pəncərəni bir neçə saniyəlik aşağı salıb yol polisinə vəziyyəti bildirmək əslində həmin şəxsin xeyrinədir. Bu zaman polis özü sürücüyə kömək edəcək. Bu yaxınlarda, yadınızdadırsa belə bir hadisə olmuşdu və polis əməkdaşları şəraitə adekvat münasibət göstərməklə vətəndaşımıza zəruri köməklik göstərmişdilər. Yaxud hər hansı cinayətə və ya digər ağır faciələrə səbəb ola biləcək vəziyyət yaranıbsa, bu bərədə dərhal polisə (102 xidmətinə) zəng edib məlumat vermək vətəndaşın məsuliyyəti və vəzifəsidir. Bir sözlə, hər bir məsuliyyət yarada biləcək vəziyyət nəzarət altında olmalıdır. Kiminsə bəhanəsinə don geyindirmək üçün istədiyi kimi qayda pozub əmrə tabe olmayıb ictimai asayişi pozan hərəkətləri yolverilməzdir”.
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ










