Sürücülük vəsiqəsi olmayan, narkotik vasitənin təsiri altındakı sürücü həbs edilib

Cəlilabadda narkotik vasitənin təsiri altında olan sürücü həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində hərəkətdə olan VAZ-21074 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Bu zaman həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Dilavərovun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Dilavərovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












