Taksi sürücüsü döyüldüyünü iddia edir: “Polis niyə izahat almır?” - AÇIQLAMA - FOTO

Bakı şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan Əziz Adıgözəlov döyüldüyünü bildirib.
O bu barədə Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb.
Ə.Adıgözəlov bildirib ki, Azadlıq prospektində maşınla hərəkətdə olarkən sürücülərdən biri onu sıxışdırmağa başlayıb:
“Ona niyə belə etdiyini söyləyəndə cavab verdi ki, “əcəb edirəm”. Daha sonra metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında mənə hücum çəkdi və döydü. Mən onun maşınının şəklini çəkmək istədikdə yenidən məni döyməyə cəhd etdi”.
Vətəndaş iddia edib ki, məsələ barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edib:
“Məni Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yönləndirdilər. Artıq dörd gündür polis şöbəsinə getsəm də, polis izahatımı almamaq üçün vaxtının olmadığını deyir”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Əziz Adgözəlov və qarşı tərəf Binəqədi RPİ 4-cü Polis Bölməsinə dəvət olunublar, izahatları alınıb:
“Araşdırmalarla məlum olub ki, Ə.Adgözəlov döyülməsi ilə bağlı “102” Xidməti Zəng Mərkəzinə yalan məlumat verib. Bununla əlaqədar İXM-in 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsilə protokol tərtib olunub”.
Qeyd edək ki, İXM-in 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa) görə yüz manat məbləğində cərimə tətbiq olunur.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR














