Nazir Vətən müharibəsində iştirak edən daha 27 nəfəri polisə qəbul etdi - FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az -a verilən xəbərə görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 118 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 27 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, ölkəmizin ümumi inkişafına töhfə verdiklərini vurğulayıb. O, daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində uğurlar arzulayıb və tövsiyələrini verib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














