Xanım sürücü yorğun halda “Salyan postu”nda dayandı; görün nələr baş verdi - FOTO

Sükan arxasında yorulduğunu hiss edən sürücü-təlimçi Arzu Babazadə avtomonili Salyan rayonu ərazisindəki DYP postunda saxlayıb. Yol polisləri avtomobilə yaxınlaşandan sonra isə maraqlı anlar yaşanıb. Bu barədə Avtosfer.az-a danışan Arzu Babazadə bildirib ki, avtomobildə başqa sərnişinlər də olub: "Yorğun idim. Həmişə eşidirdim ki, DYP sürücülərə yorğun və yuxusuz olanda postlara yaxınlaşmağı tövsiyyə edir. Mən də Salyan postunda maşını saxladım ki, biraz dincəlib yola davam edim. Bu zaman bir gənc yol polisi yaxınlaşdı. Vəziyyəti öyrənən kimi dərhal xoş münasibət göstərdi. Bizə çay da gətirdi. Çayımızı içdik, tövsiyyələr verdi. Bizə qarşı çox nəzakətli davrandı. Maşındakılar da xanım idi. Çox böyük hörmətlə bizi yola saldılar. Belə bir şəraitin olduğunu öz gözlərimlə gördüm. Buna görə Daxili İşlər Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkür edirəm".
Qeyd edək ki, artıq beş ildir DİN rəhbərliyinin göstərişi ilə bütün DYP postlarında uzaq səfərlərə çıxan sürücülərin qısamüddətli istirahəti üçün şərait yaradılıb. Postlarda sürücülərə su, çay da verilir. Burada ayrıca otaq ayrılıb. Yorğun və yuxusuz sürücülər postlarda maşını saxlayıb həm maşında, həm də otaqda qısamüddətli istirahət edə bilər.
Belə bir addımın atılmasında məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














