Yasamalda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbirlər keçirir - FOTO - VİDEO

Yasamal rayon DYP Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirib. Avtosfer.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac etdiyi qazların tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsidir.
“Təmiz hava” aylığı çərçivəsində Yasamal DYPŞ-nin əməkdaşları “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb.
Yoxlamaya cəlb olunmuş avtomobillərdən atmosferə atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Yasamal DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Məmməd Əliyev bildirib ki, sürücülərin avtomobillərini saz vəziyyətdə saxlaması vacib amildir. Bu həm onların özlərinin, həm də cəmiyyətin sağlamlığı üçündür.
Tədbirdən hazırlanmış reportajı təqdim edirik:
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















