Yol polisi sürücülərə, şagird və valideynlərə müraciət etdi - BU QAYDALARA ƏMƏL EDİN!

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq hər bir yol hərəkəti iştirakçısı yol hərəkəti qaydalarına ciddi əməl etməli, aşağıda göstərilən xüsusatlara xüsusi diqqət yetirməlidirlər. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Avtosfer.az xəbər verir ki, müraciətdə sürücülərə, valideynlərə və şagirdlərə tövsiyyələr əksini tapıb.
Valideynlər - uşaqları məktəbə apararkən və ya götürərkən hərəkət sıxlığını nəzərə alıb məktəbin giriş-çıxış qapıları qarşısında avtomobilləri saxlamamalı, yollarda uşaqların həyatını təhlükəyə atacaq formada nəqliyyat vasitəsini idarə etməməlidirlər.
Sürücülər - nəqliyyat vasitələrini piyada keçidlərində və döngələrdə saxlayaraq digər sürücülər və ya piyadalar üçün maneə yaratmamalıdırlar.
İctimai nəqliyyat vasitələrinin sürücüləri - yol hərəkəti qaydalarına ciddi əməl etməli və sərnişinlərin təhlükəsiz şəkildə daşınmasına cavabdeh olduqlarını unutmamalıdırlar.
Şagirdlərimiz - məktəblərə gedərkən son dərəcə diqqətli olmalı, həmişə səki ilə getməli, səki yoxdursa yolun sağ tərəfindən istifadə etməlidirlər. Yolda gedərkən dostları ilə zarafatlaşaraq özlərini təhlükəyə atacaq hərəkətlərdən çəkinməli, bundan əlavə, yolu keçərkən yolun sağını və solunu yoxlamadan qəfil yolun hərəkət hissəsinə daxil olmamalıdırlar. Nəqliyyat vasitələrindən düşərkən yol kənarına açılan qapılardan istifadə etməli, bu qaydaları kiçik qardaşlarına, dostlarına örnək olaraq öyrətməlidirlər.
Müəllimlərimiz - uşaqlarımızı gələcəyə hazırlayarkən yol hərəkəti qaydaları ilə bağlı məlumatları diqqətlə onlara çatdırmalıdırlar. Unutmayaq ki, müəllimlərimiz tərəfindən verilən tövsiyələr və məlumatlar şagirdlər tərəfindən daha tez qəbul olunur.
Unutmayaq ki, yol hərəkətində hər kəs bir-birinə hörmət etsə və qaydalara əməl etsə, yolumuz daima açıq və təhlükəsiz olar.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












