Yol polisi festivalda belə işlədi - DYP-dən AÇIQLAMA

Paytaxt Bakıda keçirilən daha bir mötəbər tədbir - "TEKNOFEST Azərbaycan" Bu gün yekunlaşdı.
Avtosfer.az xəbər verir ki, festivala ev sahibliyi edən Bakıya axın edən insanların təhlükəsizliyinin təminatı isə polis əməkdaşlarının və Bakı Şəhər Dövlət Yol Polisinin üzərinə düşüb. Bu tədbir həm, auditoryasına, həm də kütləviliyi baxımından kifayət qədər maraqla qarşılandı. Yaş məhdudiyyəti olmayan festivala 7-dən 70-ə təxminən 200 min nəfərə qədər şəxs axın edib. "TEKNOFEST Azərbaycan" festivalı qardaş ölkə Türkiyə ilə doğmalığın, milliliyin tərənnümü olmaqla yanaşı və qeyri adiliyi ilə də yadda qaldı. Festival davam edən dörd gün ərzində festival keçirilən əraziyə axın edən şəxslərin şəxsi nəqliyyat vasitələrindən istifadəsi yollarda sıxlığın yaranmasına səbəb olurdu. Təbii ki bu qədər böyük izləyicisi olan tədbirdə ümumi təhlükəsizlik tədbirləri, eləcə də paytaxt yollarında hərəkətin təhlükəsizliyinin və fasiləsizliyin təmin olunmasıda gərgin iş fəaliyyətinin nəticəsində yekunlaşmışdır. Yollarda sürücülərin müvafiq istiqamətdə hərəkətini tənzimləyən, park üçün nəzərdə tutulmayan yerlərdə nəqliyyat vasitələrinin saxlanmasının qarşısını almağa çalışan Bakı Şəhər DYPİ əməkdaşları da ara sıra çətin olsada umumi prosesi nəzarətda saxlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasınsa bildirib ki, Bakı Şəhər DYPİ tərəfindən festivalı öncəsi və yekun günə qədər yollarda hərəkətin müvafiq qaydada təşkil edilməsi baxımından istər məlumatlandırıcı istərsədə xidmətin təşkili iıə bağlı bütün tədbirlər görülüb: "Festival tam təhlükəsiz qaydada sona çatmışdır. Bu müddət ərzində paytaxt yollarında heç bir problem yaranmamışdır. Hazırda paytaxtın bütün istiqamətləri üzrə nəqliyyatın hərəkəti tam bərpa edilmişdir".
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










