Yol polisi kənd təsərrüfatı teknikaları ilə bağlı maarifləndirici görüş keçirdi - FOTO

Bu gün (12 avqust 2022-ci il) Şəki Dövlət Yol Polisi, Kənd Təsərrüfatı Nazirliyinin Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirici tədbir keçirib. Tədbirdə, mərkəzin direktoru Azər Şamilov, Texniki Nəzarət Təşkili Sektorunun məsləhətçisi Rasim Alıyev, fermerlər, mexanizatorlar, mərkəzin Texniki Nəzarətin Təşkili Sektorunun mütəxəssisləri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, kənd təsərrüfatı işlərinin aparılması zamanı, xüsusilə zəhmətkeşlərin əkin sahələrinə, yüklərin isə əkin sahələrindən daşınması zamanı yük və sərnişin daşıma qaydalarına necə əməl edilməli olduğu barədə ətraflı məlumat verib. Bundan əlavə, polis baş leytenantı Tural Niftalıyev müxtəlif kənd təsərrüfatı təyinatlı texnikaların (kombaynların,qoşqulu traktorların,ot biçən və s.) günün istənilən vaxt avtomobil yollarında hərəkət etməsi,bu sahədə çalışan işçilərin bir sıra hallarda texniki cəhətdən nasaz vəziyyətdə olan avtobuslarla, eləcə də xüsusi avadanlıqlaşdırılmamış traktorların qoşqularında, avtomobillərin kuzovunda əkin sahələrinə aparılması habelə nəqliyyat vasitələrində məhsulların qablaşdırılmadan, o cümlədən minik avtomobillərinin salonunda daşınması yollarda digər nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətinə maneələr yaratmaqla bir çox hallarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olması, bu cür hallar sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yerinə yetirildikdə daha ağır nəticələrə gətirib çıxarması barədə danışıb.
Polis baş leytenantı Tural Niftalıyev onuda qeyd edib ki, bir neçə gündən sonra payız şumu başlanılacaq. Ona görə də, qeyd olunan təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini nəzarətdə saxlasınlar.
Tədbirin sonunda, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Şamilov çıxış edərək, yol polisi tərəfindən aparılan profilaktik tədbirləri yüksək qiymətləndirdiyini qeyd edib və polis baş leytenantı Tural Niftalıyevə maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.
Tədbirdə, Şəki Kanal S televiziyasının çəkiliş qrupu iştirak edib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















