DYP-nin qanunsuz yükdaşımalara qarşı mübarizəsi effekt verdi: sürücülər də razıdır - FOTO - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz yükdaşımalara qarşı başladığı mübarizə tədbirləri müsbət nəticələr verib. Avtosfer.az xəbər verir ki, respublikanin bütün ərazilərində keçirilən tədbirlərdən sonra artıq qanunsuz yükdaşıma hallarına az hallarda rast gəlinir. Xüsusən də gecə saatlarında bəzi sürücülər vəziyyətdən istifadə etməyə çalışsa da, yol polisinin stasionar postlarında saxlanılıb cərimə olunurlar. Tədbirlər nəticəsində təkcə Yol-Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Qaradağ postunda 95 sürücünün hər birinə 600 manat cərimə yazıb. 40 manatlıq cərimə ilə rastlaşan sürücülərin sayı isə 650-dən çox olub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, son bir ayda yük avtomobillərinə qarşı keçirilən tədbirlər nəticəsində belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarının sayı azalıb. Ona görə ki, yollarda texniki nasazlıq ucbatından dayanan yük avtomobilləri bəzən digər nəqliyyat vasitələri ilə toqquşmalara, ağır qəzalara səbəb olurdular. Eyni zamanda, yükün ağır olması səbəbindən sürücülər yorulur, maşın isə tez-tez xarab olurdu. Artıq normalara uyğun olaraq yükdaşıma faəliyyəti göstərən sürücülər də yol polisinə müraciət edərək təşəkkür edirlər. Çünki görülən tədbirlər nəticəsində onlar maşını daha rahat idarə edir, əlavə xərclərdən isə xilas olublar.
Qeyd edək ki, Qaradağ postunun hər iki istiqamətində tərəzi qurulub. Burada yük maşınları ölçülür, artıq yük olduqda boşaldılır, sürücüyə isə cərimə yazılır. Son vaxtlar sürücülər belə hallara yol vermədikləri üçün özləri posta yaxınlaşanda maşını tərəziyı çıxıb çəkdirirlər.
Yol polisi bu cür tədbirləri davam etdirməklə təhlükəsizliyi təmin edir, eyni zamanda yolların mühafizəsini həyata keçirir.
Elməddin Muradlı,
Orxan Əli
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO



















