Yol polisi qarajlarda görüşlər keçirdi - Maşını saz vəziyyətdə saxlayın! - FOTO

Şəki şəhər Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev "Euroline" QSC-nin Şəki Nəqliyyat Bölməsinin qaraj müdiri Rəfael Əyyubovla, iyulun 29-da isə Şəki Suvarma Sistemləri İdarəsinin baş mexaniki, bölmə rəisi Elşən Abdulvahabovla görüş keçirib. Avtosfer.az xəbər verir ki, görüş zamanı avqustun 1-dən sentyabrın 1-nə dək respublikada "Təmiz hava " aylığının keçirilməsi barədə məlumat verilib. Aylıq ərəfəsində idarələrə məxsus avtomobillərin texniki sazlığına xüsusi diqqət yetirilməsinin zəruriliyi bildirilib. Polis baş leytenantı Tural Niftalıyev, avtomobillərin mühərriklərindən çixan işlənmiş qazların tərkibindəki zərərli maddələrin miqdarına nəzarətin aparılmasının ekoloji duruma müsbət təsirini, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə atılan zərərli maddələrin insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsini xüsusi vurğulayıb.
Şəki Dövlət Yol Polisi tərəfindən aylığın keçirilməsi barədə xəbərdarlıq xarakterli tədbirlər digər idarə və təşkilatlarda da davam etdiriləcəkdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














