Yol polisi reyd keçirdi - Saray postunda narkoman sürücülər saxlanıldı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 27-də Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən daimi postda Ağsu rayon sakini Qəzənfər Kazımovun idarə etdiyi ““BMW” və Abşeron rayon sakini Nicat Məhərrəmovun idarə etdiyi “İsuzu” markalı avtomobillər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a xəbər verilib ki, polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.
Q.Kazımov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci, N.Məhərrəmov barəsində isə 327-ci və 333.4-cü maddələri ilə protokollar tərtib olunaraq onlar Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə təhvil veriliblər.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə Q.Kazımov 8 gün müddətinə inzibati həbs, N.Məhərrəmov isə 20 gün müddətinə inzibati həbs və 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













