Yol polisi Salyanda cərimə olunan vətəndaşın iddialarına cavab verdi - VİDEO

Neftçala rayon sakini Nail Əsədovun videogörüntülərdə Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən əsassız yerə cərimə olunması, eləcə də polis əməkdaşları tərəfindən təhqirə və zorakılığa məruz qalması ilə bağlı səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir.
Bunu Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov deyib.
"Bildirmək istəyirəm ki, N.Əsədov barəsində nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən protokol tərtib olunub və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.
Saxlanılan zaman sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təhqiramiz ifadələr səsləndirilməyib, zorakılıq hərəkətləri tətbiq edilməyib."
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












