Yol polisi hərəkətə keçdi: yeni dərs ili ilə əlaqədar - FOTO

Yeni dərs ilinin başlaması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi işlərini həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri rayon ərazisindəki təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında görülüb.
Həyata keçirilən tədbirlər çərçivəsində əməkdaşlar tərəfindən Salyan rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 30-dan artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə məktəbin qarşısında yeni zolaqlar salınıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















