DYP-dən valideynlərə “Son zəng”lə bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək "Son Zəng" günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.
İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, iyunun 14-ü Bakı şəhəri ərazisində "Son zəng" qeyd olunacaq. Bununla əlaqədar artıq Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişi əsasında şəhər ərazisində post patrul və yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin DYP sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq edir ki, şəhər ərazisində sürət həddi və ara məsafəsinə diqqət yetirsinlər, məktəb ərazilərində son dərəcə diqqətli olsunlar. Eyni zamanda yol polisi sürücülərdən xahiş edir ki, avtomobili azyaşlı uşaqlara verməsin və onları nəzarətsiz buraxmasınlar. Çünki əvvəlki illərin təcrübəsi göstərir ki, sürücülük hüququ olmayan 11-ci sinif məzunları və digər aşağı sinif şagirdləri valideynlərinin yaxud yaxın qohumlarının avtomobili ilə yol nəqliyyat hadisəsi törədir yaxud digər xoşagəlməz hallar baş verir. DYP valideynləri bu hala diqqətli olmağa çağırıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













