Yol polisi üzərində PKK simvolu olan “JEEP” markalı avtomobili saxladı - 99-RD-088

Yol polisi əməkdaşlarının qapılarına PKK terror təşkilatının simvolu sayılan, beşguşəli ulduzu təbliğ edən və “Sheriff” sözləri yazılmış “JEEP” markalı avtomobili saxlaması zamanı insident baş verib.
Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı “JEEP Wrangler” markalı avtomobilin üzərində qanunla tənzimlənməyən işarə və sözlərin olmasını görərək avtomobilə “saxla” işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: “Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim “JEEP Wrangler” markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və “Sheriff” sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və “Sheriff” sözünün olduğunu deyərək sökməkdən imtina etdim”.
Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO











