Aeroport yolunda təhlükə yaradan xanım sürücü cərimələndi -DYP-dən AÇIQLAMA - VİDEO

Aeroport yolunda dayanma-durma qaydalarını pozaraq təhlükə yaradan sürücü cərimələnib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib. Bildirib ki, 77-DC-964 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsünün aeroport yolunda qayda pozması haqqında məlumat Avtosfer.az saytında dərc edildikdən sonra onun haqqında qanunamüvafiq tədbirlər görülüb.
Müəyyən olunub ki, avtomobili idarə edən xanım sürücü Muradzadədir. İdarəyə dəvət olunan sürücü öz əməlini etiraf edib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunub.
Qeyd edək ki, dünən “Toyota” markalı avtomobillin sürücüsü minik maşınını yolun ortasında saxlayaraq həm inzibati xəta törətmiş, həm də intensive hərəkət olan yolda maşınların hərəkətin mane yaratmışdı.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












