Şəhidlər Xiyabanının qarşısında illərdir dəyişməyən mənzərə - FOTO

Şəhidlar Xiyabanı aiddiyətli orqanların daim diqqət mərkəzindədir. Xiyaban və onun ətrafında mütəmadi abadlıq işləri aparılır. Ərazidə təmizlik, səliqə-sahman işləri qüsursuz yerinə yetirilir. Lakin, bir xırda nüans da var.
Xiyabanın qarşısındakı piyada keçidi ilə bağlı vəziyyət ürəkaçan deyil. Doğrudur, bu yoldan gündəlik istifadə edən şəxs kimi ərazidə bərabərsəviyyəli keçidin olması təqdirəlayiqdir. Lakin yağışlı havalarda buradan keçmək mümkün deyil.

Oksford məktəbindən aşağıda bütün ərazilərdən gələn yağış suları buradan toplanır və piyadalar üçün yolu keçilməz edir. Səki ilə hərəkət də asan deyil. Milli Məclis tərəflə hərəkət edərkən avtomobillər suyu piyadaların üzərinə sıçradır.

Bu işdə sürücüləri də çox qınamaq düz olmaz. Zəif bir yağışda yolda elə su təbəqəsi yaranır ki, 10 km/saat sürət bu suyu eni 1 metri keçməyən səkidə hərəkət edənlərin üzərinə atmağa kifayət edir.
Bizcə, problemin qarşısını nisbətən yuxarı ərazidə yağış kanalizasiyası quraraq almaq mümkündür. Bu zaman yağışlı havada kütləvi tədbirlər zamanı ziyarətə gələnlərin də işi asanlaşar.
Vüqar
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










